Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib. Tədbirin təşkilində əsas məqsəd yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq münasibəti yaratmaq və asudə vaxtın faydalı təşkil olub. Kütləvi idman tədbirində sərbəst güləş, voleybol, stolüstü tennis idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.
“İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib
