Bu gün Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turnirinə start verilib.
"Olimpnews.az" Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ilk yarış günündə 55, 67, 77 və 97 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
Təmsilçilərimizdən ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gümüş və İsmayıl Rzayev (97 kq) bürünc medal qazanıb. Xalid Ələsgərovla (55 kq) Davud Məmmədov (77 kq) isə beşinci yerlə kifayətlənib.
Sabah 60, 72 və 87 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.