Bakıda yeniyetmə boksçular arasında beynəlxalq təlim-məşq toplanışı keçirilir. Azərbaycan və Özbəkistan idmançılarının birgə hazırlığına artıq Gürcüstan millisi də qoşulub.
"Olimpnews.az" Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunan toplanışda 100-dən çox boksçu iştirak edir. Komandalar gündə 2 dəfə məşq keçir, sınaq döyüşlərində güclərini yoxlayırlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük verilir.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, “Heydər Əliyev kuboku-2025” mayın 16-21-də baş tutacaq.