Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.
"Olimpnews.az" Azərbaycan Güləş Fedreasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci yarış günündə 60 kq, 72 kq və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medalı boynundan asıb.
Sabah 63 kq, 82 kq və 130 kq-da yer alan güləşçilərimiz xalça üzərinə çıxacaq.