Xəbər verdiyimiz kimi, çinli snukerçi Zhao Xintong İngiltərənin Şeffild şəhərində keçirilən dünya çempionın qalibi olub. O, bu uğuruna görə 500 min funt sterlinq qazanıb. Lakin o, həmin məbləğin yarısını Böyük Britaniyanın Daxili Gəlir Xidmətinə ödəməli olacaq.
"Mirror"un məlumatına görə, Zhao Xintong 2016-cı ildə Şeffildə köçüb və orada "Zhao Xintong Snooker" MMC şirkətini qeydiyyatdan keçirib. Bu səbəbdən dünya çempionu Böyük Britaniyanın vergi qanunlarına tabedir. O, qanuna əsasən 204,299 funt-sterlinq vergi verəcək.