Avstriyanın həndbol klubu olan “Hard”ın xorvatiyalı həndbolçusu İvan Horvat rəqibin üzünə zərbə endirdiyi üçün 26 ay müddətinə diskvalifikasiya edilib.
"Olimpnews.az" xəbər verir ki, bu barədə Avstriya Həndbol Federasiyasının (OHB) mətbuat xidməti məlumat yayıb. Hadisə 1/4 finalın pley-off mərhələsinin "Hard" və "Bregenz" matçında baş verib. İvan Horvat Markus Marın üzünə yumruq vuraraq, onun burnunu sındırıb. Legioner hədbolçunun diskvalifikasiya qərarı müstəqil federal məhkəmə tərəfindən qəbul edilib. Qərar 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq. Qeyd edək ki, Horvat 14di gün ərzində qərardan apellyasiya şikayəti vermək hüququndadır.