"İdman hamı üçün layihəsi" çərçivəsində növbəti tədbir keçirilib 

"İdman hamı üçün layihəsi" çərçivəsində növbəti tədbir keçirilib 

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı rayon Sahil stadionunda “İdman hamı üçün” layihəsi çərçivəsində açıq havada taekvondo idman növü üzrə nümunəvi çıxışlar göstərilib.

Olimpnews.az xəbər verir ki, 30 nəfər idmançının iştirak etdiyi tədbirdə əsas məqsəd azyaşlılar, yeniyetmə və gənclərin idmana marağının artırılması, yoldaşlıq əlaqələrinin yaradılması və asudə vaxtın faydalı təşkildən ibarətdir.