Astaralı idmançılar Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə keçirilən respublika çempionatında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib çıxıblar.
Olimpnews.az xəbər verir ki, belə ki, Bakı şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə keçirilən çempionatında gənclər arasında mübarizə aparan astaralı idmançı Yusif Kərimli 55 kq çəki dərəcəsində sağ qol üzrə qızıl və sol qol üzrə gümüş medal qazanıb. Eləcə də digər idmançımız Cabir Mirzəzadə (70 kq) sol qol üzrə gümüş, sağ qol üzrə bürünc medala yiyələnib.
Onu da bildirək ki, idmançıların şəxsi məşqçisi Astara rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Rəşad Əkbərovdur.