Futbol üzrə İtaliya Kubokunun qalibi müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, Romadakı Olimpiya Stadionunda keçirilən oyunda "Bolonya" klubu "Milan"a minimal hesabla qalib gəlib -0-1.
Oyunda vurulan yeganə qolun müəllifi 53-cü dəqiqədə fərqlənən Dan Ndoye olub.
Beləliklə, "Bolonya" klubu 51 il sonra İtaliya Kubokunu muzeyinə aparıb.
"Bolonya" 51 il sonra İtaliya Kubokunun qalibi oldu



