"Qalatasaray"dan 19-cu çempionluq 

"Qalatasaray"dan 19-cu çempionluq 

Futbol üzrə Türkiyə Kubokunun qalibi adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, həlledici oyunda "Trabzonspor"a 3:0 hesabı ilə qalib gələn "Qalatasaray" 19-cu dəfə bu tituluna sahib çıxıb. 
"Aslanlar"ın qələbə qollarını Barış Alper Yılmaz (5-ci dəqiqə) və Viktor Osmihen (46, 63) vurub.
Qeyd edək ki, "Qalatasaray" Türkiyə Kubokunun ən çox qalibi olan komandadır. "Sarı-qırmızılılar" 19, onların ən yaxın izəyicisi "Beşiktaş" isə 11 dəfə bu kuboku başı üzərinə qaldırıb. "Trabzonspor" 9, "Fənərbağça" 7, "Altay", "Ankaragücü", "Gənclərbirliyi", "Göztəpə", "Kocaelispor" 2, "Bursaspor", "Eskişehirspor", "Akhisarspor", "Kayserispor", "Konyaspor", "Sakaryaspor" və "Sivasspor" isə hərəyə 1 dəfə kuboka sahib olub.