Bu mövsüm İtaliya A seriyasında mükafatçılar sırasından kənarda qalan Turinin "Yuventus" klubu gələn ay ABŞ-da təkil olunacaq klublararası dünya çempionatına hazırlaşır.
Olimpnews.az xəbər verir ki, "Qoca sinyora" artıq həmin yarışda iştirak edəcək futbolçular üçün hazırladığı yeni formalarını ictimaiyyətə təqdim edib. Həmin formalar klubun qadınlardan ibarət komandasının da əsas geyimi olacaq. Məlumat üçün bildirək ki, klublarası dünya çempionatında "Yuventus" G qrupunda "Mançester Siti" (İngiltərə), "Əl-Əyn" (BƏƏ) və "Vidad" (Mərakeş) klubları ilə üz-üzə gələcək.