Xocalı qatilinin oğlu çətin vəziyyətdə: Lələtəpədə 700 əsgər necə ölüb? - ŞOK

Xocalı qatilinin oğlu çətin vəziyyətdə: Lələtəpədə 700 əsgər necə ölüb? - ŞOK

Ermənistanın sabiq müdafiə naziri, Birinci Qarabağ müharibəsinin aktiv iştirakçısı və Xocalı soyqırımını törədənlərdən Seyran Ohanyanın oğlu Artur Ohanyan barəsində 44 günlük müharibəyə görə məhkəmədə proses başladılıb. 

Olimpnews.az Globalinfo.az-a istinadən xəbər verir ki, A.Ohanyan müharibə zamanı ermənilərin ən çox itki verdiyi iddia edilən Lələtəpə əməliyyatındakı uğursuzluğa görə ittiham olunur.

Ermənistanın Baş Prokurorluğunun yaydığı bəyanata əsasən, müharibəni araşdıran istintaq komitəsi N saylı hərbi hissənin komandiri olmuş Ohanyanın 2020-ci il 6-7 oktyabr tarixlərində xidməti vəzifəsini icra edərkən səhlənkar davranışa yol verdiyini müəyyən edib. Məhz onun səhv qərarları nəticəsində Lələtəpədə çox sayda erməni əsgərin öldüyü bildirilib.

Məlumata görə, Artur Ohanyanla yanaşı 2 batalyonun komandiri də bu proses üzrə ittiham olunur. Belə ki, sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başlatdığı hərbi əməliyyatların qarşısının alınması və Cəbrayıl istiqamətindəki hücumların dayandırılması məqsədilə Ermənistan ordusu Lələtəpəni ələ keçirmək üçün plan hazırlayıb. Lakin ermənilərin hücum planı ağır məğlubiyyətlə nəticələnib.

Qeyd edək ki, Lələtəpə əməliyyatı nəticəsində Ermənistan ordusunun 700-dən çox itki verdiyi, 42 tankın döyüş meydanında qaldığı iddia edilir. Hərbi ekspertlərin fikrinə görə, Lələtəpə əməliyyatının uğursuzluğu Ermənistan üçün dağıdıcı olub, erməni müdafiə qüvvələrinə ağır zərbə vurulub.

Xatırladaq ki, Lələtəpə Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşir. Bu təpə 12 fevral 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altına düşüb, 2016-cı ilin aprelində baş tutan dörd günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.