Pakistan Baş naziri Şahbaz Şərif Hindistan Hərbi Hava Qüvvələrinin mayın 7-nə keçən gecə həyata keçirməyə cəhd etdiyi kütləvi hava hücumu barədə sensasion açıqlama verib.
"Olimpnews.az" News24.aza istinadən xəbər verir ki, Şərif parlamentdəki çıxışında Pakistan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiyaya görə xalqın qürur duymalı olduğunu bildirib.
“Ötən gecə Hindistan 80 döyüş təyyarəsi ilə Pakistanın altı bölgəsinə – o cümlədən Azad Kəşmir, Bahavalpur, Şakargarh və Sialkota zərbələr endirməyə cəhd etdi. Lakin Hərbi Hava Qüvvələrimiz beş təyyarəni, o cümlədən üç “Rafale” qırıcısını vurdu. Bir təyyarə Batxinda bölgəsində qəzaya uğradı, bir neçə PUA isə məhv edildi”, – deyə Şərif vurğulayıb.
Baş nazir Silahlı Qüvvələrin dəqiq planlaşdırma və koordinasiya ilə hərəkət etdiyini, bu səbəbdən də Pakistan xalqının təbrikə layiq olduğunu bildirib.