Kartinqçimiz Türkiyədə mükafatlandırılıb

Kartinqçimiz Türkiyədə mükafatlandırılıb



Yanvarın 24-də Çırağan İstanbul sarayında avtoidmanı üzrə 2013-cü il Türkiyə çempionatının mükafatçılarının mükafatlandırma mərasimi keçirilib. Türkiyə Avtoidmanı Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə həmyerlimiz Gülhüseyn Abdullayev də kartinq üzrə yarışların mükafatçıları sırasında üç dəfə fəxri kürsüyə qalxıb. Qeyd edək ki, kartinqçimiz 2013-cü ildə keçirilən 7 yarışın yekun nəticəsinə əsasən gənclər və böyüklər arasında ikinci, komanda birinciliyində birinci olub. Xatırladaq ki, ötən il Türkiyənin İstanbul şəhərində keçirilən Rotax Max Challenge 2013 adlı yarışda yer tutan idmançılar Türkiyəni dünya çempionatının finalında (Rotax Max Challenge Grand Finals 2013) təmsil etmək hüququ qazanmışdılar. Həmyerlimiz Gülhüseyn Abdullayev də uğurla çıxış edərək ABŞ-ın New Orleans şəhərində keçirilən dünya çempionatının final qarşılaşmasında kartinq üzrə yarışlarda ilk dəfə Azərbaycan bayrağını dalğalandırmağa nail olmuşdu.