Azərbaycanla Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Türkiyə arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri təcrübə mübadiləsi çərçivəsində Azərbaycana səfər ediblər.

Bu barədə Olimpnews.az-a Azərbaycanın Gənclər və İdman Nazirliyindən məlumat verilib. Bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nazir türkiyəli nümayəndələrin Azərbaycandakı idman qurumlarına səfərlərini yüksək qiymətləndirərək bu cür mübadilələrin peşəkar bilik və təcrübənin bölüşdürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə nümayəndə heyətinin üzvləri səfər çərçivəsində əldə etdikləri təəssüratları bölüşüblər.