Dominikanlı beysbolçu Xuan Soto “Forbes” jurnalının keçirdiyi sorğuya görə dünyanın ən çox qazanan 10 idmançısı sırasına daxil olub. “New York Mets” klubunun oyunçusu ildə cəmi 114 milyon dollar qazanır. O, siyahıda yeddinci yerdə qərarlaşıb. Xuan Soto digər beysbolçu yaponiyalı Şohey Otanini (102,5 milyon dollar) iki pillə qabaqlayıb.
Dominikanlı beysbolçu varlılar sırasında yer alıb
