12 ildən sonra döyüşlərə qayıdır

12 ildən sonra döyüşlərə qayıdır

Qadınlar arasında 66 kq çəki dərəcəsində keçmiş UFC çempionu Holli Holm 12 ildən sonra yenidən peşəkar boksa qayıdır. "Ən azı daha üç-dörd il mübarizə aparmağa gücüm var. Ən yaxşı boksçularla yarışmağa qadirəm. Bunu tezliklə özünüz görəcəksiniz. Məqsədim isə dünya çempionu olmaqdır", - deyə “Bloody Elbow” xəbər saytı 43 yaşlı Holmdan sitat gətirib.
Xatırladaq ki, amerikalı boksçu peşəkar boksda sonuncu rəsmi döyüşünü 2013-cü ildə keçirib.