Kişi voleybolçuların zona yarışlarına start verilib

Kişi voleybolçuların zona yarışlarına start verilib

Kişilər arasında voleybol üzrə zona yarışlarının ilkin mərhələsi keçirilib. Dörd zona üzrə təşkil olunan yarışlarda yarımfinal mərhələsinə "Gəncəbasar”, "Kürdəmir”, "Bakı” və "Naxçıvan” yığma komandaları vəsiqə qazanıblar.
Fevralın 4-də Sabirabad, Salyan, Sumqayıt və Oğuzda ilkin mərhələ oyunları başlanıb.
Sabirabad Olimpiya İdman Kompleksində "Sabirabad”, "Beyləqan”, "Saatlı”, "Şirvan”, Salyan Olimpiya İdman Kompleksində "Salyan-1”, "Salyan-2”, "Masallı”, Sumqayıt Olimpiya İdman Kompleksində "Neft-Kimya Universiteti”, "Sumqayıt Dövlət Universiteti”, "Sumqayıt”, "Quba”, "Abşeron”, FHN, Oğuz Olimpiya İdman Kompleksində isə "Oğuz”, "Qəbələ”, "Qax”, "Şəki”, "Balakən” və "Mingəçevir” komandaları mübarizə aparırlar.