Birgə təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı memorandum imzalanıb

Birgə təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı memorandum imzalanıb

Azərbaycan Boks Federasiyası ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

Olimpnews.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, memorandumu Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov və Akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.

Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.