OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi

OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi

Olimpiya Həmrəyliyi Fondunun dəstəyi və Milli Olimpiya Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verilib.
Olimpnews.az xəbər verir ki, Olimpiya Dəyərlərinin Tədrisi Proqramı (OVEP) Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən 2005-ci ildə yaradılıb. Proqramın əsas məqsədi yeniyetmə və gənclərin olimpizmin əsas dəyərləri - “hörmət”, “dostluq” və “mükəmməllik” haqqında məlumatlandırılması və bu dəyərlərin onların gündəlik həyatına inteqrasiya edilməsidir. OVEP mütəhərrik və əyləncəli idman oyunları vasitəsilə qeyd olunan dəyərlərin tədrisini təşviq edən tədris metodologiyası, alətlər və fəaliyyətlər toplusudur. Proqram hazırda dünyanın 60-dan çox ölkəsində tətbiq olunur.
OCEP-in əməkdaşları Nərmin Kərimova və Namiq Cəfərov bu proqram üzrə ötən il Litvada təşkil olunmuş xüsusi kurslarda iştirak ediblər. Daha sonra onların vasitəsilə OCEP məktəblərindən seçilmiş ən fəal və təşəbbüskar 20 müəllim hazırlanıb.
OVEP çərçivəsində MOK bir ilkə də imza atıb. Belə ki, Olimpiya Hərəkatının ən aktual və prioritet məsələlərindən biri olan “Təhlükəsiz İdman” kursun proqramına daxil edilib. Əsas məqsəd müəllimlərə fiziki tərbiyə dərslərində şagirdlərin fiziki və psixoloji təhlükəsizliyinin təmin edilməsi, zədələrin qarşısının alınması və sağlam mühitin yaradılması ilə bağlı nəzəri biliklər təqdim etməkdir.
İndiyədək OVEP təlimlərinə Bakının 5 rayonu üzrə ümumilikdə 122 məktəbdən 213 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər davam edir və yeni tədris ilinə qədər Bakının 14 məktəbindən olan 490 fiziki tərbiyə müəlliminin bu proqramdan faydalanması planlaşdırılır. 
 

OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi OVEP layihəsi çərçivəsində fiziki tərbiyə müəllimləri üçün Olimpiya dəyərlərinin tədrisinə start verildi