Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Mayın 16-19-da badminton üzrə 17 yaşadək (U-17) idmançılar arasında ölkə birinciliyi keçirilib. 
Olimpnews.az xəbər verir ki, yarışda 125 nəfər yeniyetmə badmintonçu iştirak edib.

Yarışda oğlanlar arasında şəxsi yarışlarda Fərəc Kərimli, qızların mübarizəsində isə Aysel Kazımova qalib adını qazanıb. 

Oğlanlar arasında qoşa yarışlarda Malik Cəfərov və Nihat Əliyev cütlüyü birinci olub. Qızların mübarizəsində isə Aysel Kazımova və Qəndab Niftalızadə cütlüyü bütün rəqiblərindən güclü olub. 

Qarışıq qoşa yarışlarında Fərəc Kərimli və Aysel Kazımova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.