Azərbaycanlı dünya çempionu Türkiyədə bıçaqlandı 

Azərbaycanlı dünya çempionu Türkiyədə bıçaqlandı 

Kikboksinq və muay-tay üzrə 9 qat dünya və 3 qat Avropa çempionu, həmçinin Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanıb. 
Olimpnews.az Unikal.az-istinadən xəbər verir ki, hadisə Antalyanın məşhur Kəmər bölgəsində baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ağır yaralanan idmançının ətrafdakı şəxslərin köməyi ilə təcili tibbi yardıma çatdırıldığı görünür. Araz Musayev dərhal Kəmər Dövlət Xəstəxanasına aparılıb.
Hadisənin detalları hələlik açıqlanmasa da, yerli hüquq-mühafizə orqanlarının araşdırmalara başladığı bildirilir.

Azərbaycanlı dünya çempionu Türkiyədə bıçaqlandı