Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında 2 oyun keçirilib. Əvvəlcə meydana "Telekom”la "Azəryol” komandaları çıxıb. VIII tura təsadüf edən görüş daha təcrübəli "Azəryol”un qələbəsi ilə yekunlaşıb - 3:1.
Ardınca təxirə salınan "İqtisadçı” - "Rabitə” oyunu keçirlib. III turun oyunu olan matçda "tələbələr” ilk setdə məğlub olsalar da, sonradan öz oyunlarını nümayiş etdirə biliblər. Ardıcıl 3 hissədə qalib gələn universitet komandası ölkə çempionunu məğlub edib. Bu, həm də "Rabitə”nin mövsümdə ilk məğlubiyyəti olub.
31 yanvar
VIII tur
"Telekom” - "Azəryol” - 1:3 (15:25; 24:26; 25:14; 16:25)
İlk oyun: "Azəryol” - "Telekom” - 3:1 (25:19; 10:25; 25:18; 25:22)
III turun təxirə salınmış oyunu
"İqtisadçı” - "Rabitə” - 3:1 (13:25; 25:23; 26:24; 25:16)