Kişi voleybolçular Makedoniyada yarışacaqlar

Kişi voleybolçular Makedoniyada yarışacaqlar

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin EURO-2015-in I təsnifat mərhələsində oyunlarını keçirəcəyi məkan açıqlanıb. Kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi yığmamız mərhələ adlamaq üçün Makedoniyada gücünü yoxlayacaq.
Oyunların mayın 8-11-də olacağı bilinsə də, təqvim hələ dəqiqləşməyib.
Qeyd edək ki, voleybolçularımızın yer aldığı III qrupda Makedoniya ilə yanaşı, İsveç və Gürcüstan milliləri də yer alıblar. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik ikinci yerin sahibi (2 komanda) mərhələ adlayacaq.