“BƏƏ Emirates-XRG” komandasının ispaniyalı üzvü Xuan Ayuso velosiped üzrə Giro d İtalia yarışının 18-ci mərhələsində iştirak edə bilməyib.
O, 17-ci mərhələdə arı sancmasınıa görə yarışlardan kənarda qalıb. Belə ki, o, məsafənin 109 kilometrliyində sağ gözündəki şişkinlik səbəbindən mübarizəni davam etdirə bilməyib.
Məlumat üçün bildirək ki, Giro d İtalia yarışına üç mərhələ qalmış, liderlik Xuan Ayusonun komanda yoldaşı İsaak del Toroya məxsusdur. Ekvadorlu Riçard Karapaz (EF Education-EasyPost) ondan 41 saniyə geri qalır. İlk üçlüyü Böyük Britaniyadan olan Saymon Yeyts (Visma Lease a Velosiped) tamamlayır - +0,51.