Qadın voleybolçular arasında CEV kubokunun "Çelenc raund” mərhələsinə start verilib. İlk oyun günündə 3 qarşılaşma keçirilib.
Bu oyunlarda gözlənilməz nəticə qeydə alınmayıb. Gözlənildiyi kimi, "Azəryol” (Azərbaycan) - "Bank Fakro” (Polşa) cütünün rəqiblərindən sayılan "Fənərbaxça” səfərdə asan qələbəyə sevinib.
Çexiyanın "Agel” klubu ilə üz-üzə gələn Türkiyə təmsilçisi bu görüşdən qalib ayrılıb. Digər görüşlərdə "Azərreyl”i mübarizədən kənarlaşdıran "Uraloçka” və Çempionlar Liqasını CEV kubokuna "dəyişən” "Dresdner” qalib gəlib.
"Agel” (Çexiya) - "Fənərbaxça” (Türkiyə) - 0:3 (11:25, 21:25, 15:25)
"Ximik” (Ukrayna) - "Dresdner” (Almaniya) - 1:3 (25:18, 21:25, 22:25, 20:25)
"Uraloçka” (Rusiya) - "Dinamo-Romprest” (Rumıniya) - 3:0 (25:19, 25:20, 25:20)