Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç dünya çempionatının seçmə turnirində qol vuran ən yaşlı avropalı futbolçu olub.
Olimpnews.az xəbər verir ki, dünən keçirilən matçda "damalılar" Çexiya yığmasına 5:1 hesabı ilə qalib gəliblər. Qollardan birinin müəllifi Modriç olub - 39 yaş 9 ay.
Xatırldaq ki, bundan əvvəl rekord bosniyalı hücumçu Edin Dzekoya (39 yaş, 2 ay 12 gün) məxsus idi.