Nazir Yardımlı və Masallı rayon sakinlərini qəbul edib

Nazir Yardımlı və Masallı rayon sakinlərini qəbul edib

İyunun 12-də gənclər və idman naziri Fərid Qayıbov Yardımlı və Masallı rayon sakinlərini qəbul edib.

Bu barədə Olimpnews.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qəbuldan öncə nazir Fərid Qayıbov Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla birlikdə Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Masallı Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra nazir Fərid Qayıbov Masallı Gənclər Evinin fəaliyyəti ilə maraqlanıb və mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra tövsiyələrini verib.