Amerikalı jurnalist Dasti Qarza Şaolin rahiblərinin məbədində yaşadığı müddətdə “San Antonio Spurs”un basketbolçusu Viktor Vembanyamanın gündəlik həyat tərzindən danışıb. "Viktor Vembanyama orada tamamilə fərqli olur. Onunla görüşmək nadir hallarda mümkün idi. Mənə dedilər ki, Şaolin Vembi səhər saat 4:30-da oyanaraq qaçır. Səhər məşqi adətən məbədin ərazisində, nahar isə çöldə olur. Axşam dərslərinə qədər yenə qaçır”, – Qarza X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. Qeyd edək ki, fransalı basketbolçu uzun müddətdir şaolin məbədində yaşayır.
Şaolin Vembi məbəddə yaşayır

