Qış İdman Növləri Federasiyası tərəfindən xizək Alpinizmi üzrə Dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən, yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Olimpnews.az Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, çempionat beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Dünya çempionatının 2027-ci ilin 28 fevral-7 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Azərbaycan 2027-ci ildə ilk dəfə xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək
