Birinci təsnifat mərhələsinin oyunları mayın 8-də başlayacaq

Birinci təsnifat mərhələsinin oyunları mayın 8-də başlayacaq


Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin "Avro-2015”in birinci təsnifat mərhələsindəki oyunlarını keçirəcəyi məkan müəyyənləşib. Kubalı Sillie Tabares Leonardonun rəhbərlik etdiyi yığmamız mərhələ adlamaq üçün Makedoniyada gücünü yoxlayacaq. Bu mərhələnin oyunları mayın 8-dən 11-dək keçiriləcək.
Yığmamızın yer aldığı III qrupda Makedoniya ilə yanaşı, İsveç və Gürcüstan milliləri də mübarizə aparacaqlar. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.