Dünya çempionatı: bu gün son cüdoçumuz fərdi yarışlarda mübarizəyə başlayır

Dünya çempionatı: bu gün son cüdoçumuz fərdi yarışlarda mübarizəyə başlayır

BOK

19.06.2025, 10:24

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışları sona yaxınlaşır.  Olimpnews.az xəbər verir ki, bu gün komandamızın son üzvü - Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaq.  Dünya çempionatının gümüş mükafatçısı mübarizəyə 1/32 finaldan başlayacaq. İdmançımızın ilk rəqibi serbiyalı İqor Vraçar olacaq.  Cüdoçumuz görüşü qələbə ilə başa vuracağı təqdirdə Andi Qranda (Kuba) ilə üz-üzə gələcək. Təsnifat mərhələsinin görüşləri Bakı vaxtilə saat 14:00-da, final bloku isə 20:00-da başlayacaq.  Qeyd edək ki, hazırda komandamızın aktivində üç bürünc medal var. Həmin medalları millimizin aktivinə Selim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) qazandırıb.  Bu gün keçiriləcək son görüşlərdən sonra mundialın fərdi yarışları yelunlasacaq. Sabah isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR