Ənənəvi yarış 8 medalla yadda qaldı 

Ənənəvi yarış 8 medalla yadda qaldı 

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunmuş güləş turniri keçirilib. Ənənəvi yarışda hər 3 güləş növü üzrə milli komandamızın üzvləri iştirak ediblər. Komandamız beynəlxalq turniri 8 (1 qızıl, 3 gümüş və 4 bürünc) medalla başa vurublar. 
başa vurub. İlk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətlənib. Ənənəvi yarışın ikinci günündə xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) isə bürünc medala sahib çıxıb. 
Yarışın son gülərində mübarizəyə sərbəst güləşçilərimiz başlayıblar. Azərbaycan millisinin üzvü Ali Tsokayev 86 kiloqramda uğurlu debüt edib. Belə ki, bütün rəqiblərinə qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ənənəvi yarışın son günündə sərbəst güləş üzrə millinin üzvü Cəbrayıl Hacıyev (79 kq) bürünc medal qazanıb. Bununla da Memorialda qazanılan medalların sayı 8-ə çatıb.