Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.
Olimpnews.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli komandamızın üzvü Braqada beynəlxalq turnirin qalibi olub.
A.Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb. O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.