Məğlub oldu, amma liderliyi əldən vermədi

Məğlub oldu, amma liderliyi əldən vermədi


"Rabitə" klubu Çempionlar Liqasının "dördlər finalı"nda mübarizə aparacaq. Komandamız yarımfinal mərhələsində İtaliyanın "Yamamay" klubu ilə qarşılaşacaq. Təmsilçimizin rəqibi öz ölkəsinin çempionatında növbəti oyununu keçirib.

Onlar XVII tuda "Pyaçentsa" klubunun qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Birinci hissədə "Pyaçentsa" komandası qalib gəlib. İkinci və üçüncü hissə isə "Yamamay"ın xeyrinə bitib. Dördüncü hissədə yenidən meydan sahibləri qələbə qazanıblar. Qalib tay-brekdə gələn komandanın adı məlum olub. Belə ki, burada daha dəqiq oynayan "Pyaçentsa" qələbəni bayram edib - 3:2 (25:16, 21:25, 21:25, 25:12, 15:12). Məğlubiyyətə baxmayaraq, "Yamamay" turnir cədvəlindəki mövqeyini qoruyub. Onlar 34 xalla birinci pillədə qərarlaşıblar.