Natiq Bağırov: "Gələcəyin ulduzları bu turnirdə yetişir"
BOK
26.07.2025, 13:20
İyulun 26-da Abşerona Olimpiya İdman Kompleksində “Avropa Cüdo Ümidləri” beynəlxalq turniri və kodokan mütəxəssislərinin iştirakı ilə təlim sessiyalarına start verilib. Olimpnews.az xəbər verir ki, Azərbaycanın yeniyetmə idmançıları üçün gözəl fürsət olan bu yarış, eyni zamanda onların peşəkar arenaya hazırlanmasında mühüm mərhələdir. Belə turnirlər gənc cüdoçuların beynəlxalq təcrübə qazanmasına, fərqli məktəblərin idman üslubunu görüb öyrənməsinə, özünü daha yaxşı tanımasına və psixoloji baxımdan yarış mühitinə uyğunlaşmasına şərait yaradır. Həmçinin bu cür rəqabətli mühit, onların texniki və taktiki hazırlığının yüksəldilməsində əvəzsiz rol oynayır. Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov da bu gün start götürən turnirin əhəmiyyətinə toxunaraq bildirib ki, bu yarış bir çox istedadlı idmançılar üçün yeni imkanlar açacaq: “Əminik ki, bu turnirdə bacarığını nümayiş etdirən gənclərin böyük bir qismini yaxın gələcəkdə milli komandalarımızın heyətində görəcəyik. Onlar Azərbaycanın idman şöhrətini beynəlxalq arenalarda qoruyacaqlar. 12 ölkədən 500-ə yaxın oğlan və qız cüdoçunun mübarizə apardığı yarış, xüsusən də 13 və 15 yaşadək idmançılar üçün böyük təcrübə qazandırır. Bu yarış onların inkişafına güclü təkan verəcək. Turnir yalnız bu günün deyil, gələcəyin çempionlarını formalaşdırır. ACF rəsmisi bu təşəbbüsün davamlı olacağına da ümid etdiyini qeyd edib: “Avropa Cüdo Birliyi bu yaş kateqoriyasında turnirlərin keçirilməsini artıq rəsmi qərara alıb. İnanırıq ki, növbəti illərdə də bu yarış məhz Azərbaycanda keçiriləcək və iştirakçı ölkələrin sayı artacaq”. Xatırladaq ki, turnir Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Yarış zamanı kodokan mütəxəssislərinin iştirakı ilə təlim sessiyaları da keçirilir. Mötəbər turnirə iyulun 27-də yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı
15.05.2026, 22:38 Güləş
-
Üç sərbəst güləşçimuz U-17 Avropa çempionatının finalında
15.05.2026, 22:08 Gündəm
-
Vitse-prezident üzgüçülük üzrə milli komanda ilə görüşüb - FOTO
15.05.2026, 21:52 Su idman növləri
-
"Araz-Naxçıvan"dan inamlı qələbə
15.05.2026, 21:43 Futbol
-
IV minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş olub
15.05.2026, 20:26 Futbol
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
15.05.2026, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
15.05.2026, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
15.05.2026, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
15.05.2026, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol