Professor Dilqəm Quliyev - 75
BOK
04.08.2025, 15:28
İllərin dostu, pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "İdmançı" qəzetinin baş redaktoru, Milli Olimpiya Komitəsi, Milli Olimpiya Akademiyası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası və Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvü, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Qasım oğlu Quliyevi dünyaya gəldiyi gün (6 avqust), ömür təqviminin 75 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı aydınımıza 25 il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.
Min illiyin həsrəti var gözündə, Əsrlərin şöləsi var üzündə, Qərinələr təpəri var dizində, Zəkan iti, həyat qayən xoş dilək, Ulu yaddaş, yetmiş beşin mübarək!
Məsləyinin təməlində - ədalət, İnancının mayasında - həqiqət, Umacağın olmayıbdır şan-şöhrət. İllər ilə yaşatmısan saf ürək, Alim yurddaş, yetmiş beşin mübarək!
Muğam, sazdan bələnibdir heyrətin Xürrəmidən boy alıbdır qeyrətin, Tapındığın Dədə Qorqud - hörmətin, Keçdiyin yol əməlinlə bir örnək. Ünlü yoldaş, yetmiş beşin mübarək
Aylar, illər ömrümüzə bir izdir, Ötən günlər xatirətək əzizdir, Qəlbdə arzu nə gecikmiş, nə tezdir... Ömür bağın açsın hər vaxt gül-çiçək, Əziz soydaş, yetmiş beşin mübarək!
El güvənir yetirdiyi mərdinə, Şərik olur sevincinə, dərdinə. Ömrün sığımır yetmiş ilin həddinə... İnnən belə yenə səni şux görək, Azman sirdaş, yetmiş beşin mübarək!
İnam, ümid ruhumuza məlhəmdir, Sevincimiz can evinə məhrəmdir, Duyğuların zirvələşən dəmidir.. Tapdıq hörüb sözdən sənə bir çələng, Dilqəm qardaş, yetmiş beşin mübarək!

Tapdıq ƏLİBƏYLİ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol
-
Çempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
11.08.2026, 10:27 Futbol
-
Atletimiz Azərbaycan rekordunu yeniləyib
11.08.2026, 10:13 Atletika
-
Bakıda BCF Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
10.08.2026, 20:46 Cüdo
-
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
10.08.2026, 20:09 Güləş
-
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
10.08.2026, 19:16 Güləş
-
Azərbaycan komandası U-19 Avropa çempionatında 13 boksçu ilə mübarizə aparacaq
10.08.2026, 17:18 Boks
-
"Zirvəni fəth et"
10.08.2026, 12:48 Olimpiya dünyası
-
Məktəbli boksçularımız fəxri kürsüdə
10.08.2026, 11:00 Boks
-
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edirlər
10.08.2026, 10:14 Cüdo
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla başa vurdular
10.08.2026, 00:51 Cüdo
-
Klublararası ölkə çempionatı yekunlaşdı
10.08.2026, 00:11 Voleybol
-
Qızlardan ibarət basketbol millimiz Şimali Makedoniyaya qalib gəlib
07.08.2026, 14:39 Basketbol
-
Cüdoçularımız üçün dünya çempionatı öncəsi seminar keçirilib
07.08.2026, 13:36 Cüdo
-
"Tottenhem" Miki van de Venlə yeni müqavilə üzrə razılığa gəlib
07.08.2026, 13:17 Futbol
-
Lui van Qal xərçəngə qalib gəldi
07.08.2026, 12:45 Futbol
-
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
07.08.2026, 12:23 Gimnastika
-
Azərbaycanlı tədqiqatçı Ankarada beynəlxalq elmi konqresdə məruzə ilə çıxış edib
07.08.2026, 12:05 Olimpiya dünyası
-
"Barselona"dan Rodri üçün transfer təklifi
07.08.2026, 11:53 Futbol
-
"Lids Yunayted" tarixinin ən bahalı transferini reallaşdırdı
07.08.2026, 10:38 Futbol
-
Paytaxtımız beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
07.08.2026, 10:23 Gündəm
-
"Qarabağ" Kiyev səfərindən məğlubiyyətlə qayıdır
06.08.2026, 23:12 Futbol
-
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı 616 nəfərə çatdı
06.08.2026, 15:41 Su idman növləri
-
"Turan Tovuz" serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib
06.08.2026, 15:24 Olimpiya dünyası
-
"More Than Medals World" layihəsinə start verilib
06.08.2026, 12:54 Olimpizm xəbərləri
-
Olimpiya çempionunun atası vəfat edib
06.08.2026, 12:46 Cüdo
-
"Qarabağ" Konfrans Liqasında Danimarka klubu ilə qarşılaşacaq
06.08.2026, 12:25 Futbol
-
Cüdoçularımız dünya çempionatında iştirak edəcəklər
06.08.2026, 10:17 Cüdo
-
"Sabah" Danimarka səfərindən məğlubiyyətlə qayıdır
05.08.2026, 23:23 Futbol
-
FIFA U-15 və U-20 dünya çempionatlarına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası baş tutub
05.08.2026, 22:25 Gündəm
-
Qusarda güləşin dostluq körpüsü
04.08.2026, 12:22 Güləş
-
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının püşkü atılıb
03.08.2026, 22:00 Voleybol
-
Olimpiya mükafatçımız Azərbaycan idmançılarının reytinq siyahısında liderliyini qoruyub
03.08.2026, 20:00 Olimpizm xəbərləri