«Rabitə»nin rəqibi Türkiyə kubokuna sahib çıxdı?

«Rabitə»nin rəqibi Türkiyə kubokuna sahib çıxdı?


Qadın voleybolçular arasında Türkiyə kubokunun qalibi məlum olub. Olimpnews.az saytının verdiyi məlumata görə, mərhələdə «Vakıfbank» klubu ilə «Əczaçıbaşı Vitra» komandası üz-üzə gəlib. Məlumat üçün bildirək ki «Vakıfbank» klubu yarımfinal mərhələsində «Dördlər finalı»na ev sahibliyi edəcək «Qalatasaray» komandasını məğlub edərək əsas mərhələyə vəsiqə qazanmışdı. «Əczaçıbaşı Vitra» klubu isə yarımfinalda «Karşıkaya»dan üstün olmuşdu - 3:0 (25:16, 25:20, 25:14). Final görüşünə gəldikdə isə, burada «Vakıfbank» klubu güclü olub. Hər üç hissədə rəqibini məğlubiyyətə uğradan komanda kuboku başı üzərinə qaldırıb. Üçüncü yer isə «Qalatasaray» klubuna qismət olub. Belə ki, onlar «Karşıkaya» komandasını məğlubiyyətə uğradaraq bu nəticəyə sahib olublar.
Məlumat üçün bildirək ki, «Əczaçıbaşı Vitra» qadın voleybolçular arasında Türkiyə kubokunu ən çox qazanan komandadır. Onlar 7 dəfə bu titula yiyələniblər. «Vakıfbank» komandası isə dörd dəfə bu kuboka sahib çıxıb. «Əmlakbank» və «Fənərbağça» isə hərəyə bir dəfə qalib gəliblər.
Qeyd edək ki, «Vakıfbank»la «Qalatasaray» Çempionlar Liqasında «Rabitə» komandasının rəqibləridir.





Qadınlar arasında keçirilən Türkiyə kubokunun qalibləri

1. 1994-1995-ci il

"Vakıfbank” klubu

2. 1995-1996-cı il

"Əmlakbank”

3. 1996-1997-ci il

"Vakıfbank” klubu

4. 1997-1998-ci il

"Vakıfbank” klubu

5. 1998-1999-cu il

"Eczaçıbaşı Vitra ”
6. 1999-2000-ci il

"Eczaçıbaşı Vitra ”

7. 2000-2001-ci il

"Eczaçıbaşı Vitra ”

8. 2001-2002-ci il

"Eczaçıbaşı Vitra ”

9. 2002-2003-cü il

"Eczaçıbaşı Vitra ”

10. 2008-2009-cu il

"Eczaçıbaşı Vitra ”

11. 2009-2010-cu il

"Fənərbağça”

12. 2010-2011-ci il

"Eczaçıbaşı Vitra”