Yana Ağayevanın komandası üçüncü pillədə

Yana Ağayevanın komandası üçüncü pillədə
Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva Cənubi Koreya çempionatında növbəti oyununu keçirib.
Olimpnews.az saytının verdiyi məlumata görə, həmyerlimiz şərəfini qoruduğu «Hyundai» klubun heyətində KGC klubuna qarşı mübarizə aparıb. Belə ki, birinci və ikinci hissə təmsilçimizin komandasının qələbəsi ilə yekunlaşıb. Üçüncü hissə isə KGC klubunun xeyrinə başa çatıb. Növbəti hissədə də qələbə qazanan «Hyundai» komandası 3 xal qazanıb. Təmsilçimiz bu oyunda rəqiblərini 29 dəfə cəzalandırıb.
Beləliklə, aktivində 43 xalı olan Ağayevanın komandası XXV turdan sonra 3-cü pilləyə yüksəlib.