Oyunda ən çox fərqlənən voleybolçular

Oyunda ən çox fərqlənən voleybolçular
Voleybolçumuz yarışın ən yaxşısı seçildi

Qadın voleybolçular arasında Rusiya Superliqasında XVII turun oyunları keçirilib. Olimpnews.az saytının verdiyi məlumata görə, bu tur Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu «Omiçka» klubu «Severstal» komandasını sınağa çəkib.
Omsk təmsilçisi rəqibini asan məğlubiyyətə uğradıb. Meydan sahibləri rəqibini hər üç hissədə məğlub edərək aktivlərinə növbəti xalları əlavə edib. Yığmamızın üzvü Nataliya Məmmədova qarşılaşmada 28 xal qazanaraq görüşün ən yaxşı voleybolçusu seçilib. Həmyerlimizin komanda yoldaşı Alişeva isə 10 dəfə fərqlənib. Orlova isə rəqibini 8 dəfə cəzalandırıb. Beləliklə, XVII turdan sonra aktivində 45 xalı olan «Dinamo» (Kazan) turnir cədvəlinə başçılıq edir. «Dinamo» (Moskva) isə 39 xalla ikinci pillədə yer alıb. «Zareçye-Odintsovo» isə 36 xalla ilk «üçlüyü» tamamlayır. «Omiçka» klubu isə xallarının sayını 33-ə çatdıraraq müvəqqəti də olsa 5-ci pilləyə yüksəlib.



Rusiya çempionatı

XVII tur

Dinamo (Krasnodar) - Dinamo (Kazan) - 1:3 (25:23, 11:25, 22:25, 18:25)

«Omiçka» (Omsk) - «Severstal» (Çerepovets) - 3:0 (25:22, 25:14, 25:23)

Oyunda ən çox fərqlənən voleybolçular

«Omiçka». Mammadova  - 28, Alişeva  - 10, Orlova - 8 «Severstal». Pilipenko  - 8, Kutyukova  - 8, Vdovina - 8


«Uraloçka» (Yekaterinburq) - «Fakel» (Novıy Urenqoy) - 3:0 (25:20, 25:22, 25:22)



«Uraloçka». Filippova - 21, Zarejko  - 11, Tretyekova 
«Fakel». «Fereyra» - 16, Alimova  - 10.


«Ufimoçka» (Ufa) - «Zareçye-Odintsovo» (Odintsovo) - 1:3 (25:21, 15:25, 13:25, 25:27)

Oyunun ən yaxşı voleybolçuları

«Ufimoçka». (Ufa) Anna İvanova «Zareçye-Odintsovo». (Odintsovo) Darya İsayeva


Yenisey (Krasnoyarsk) - Tümen (Tümen) - 3:2 (31:29, 21:25, 25:18, 14:25, 15:11)

«Proton» (Saratov) - «Dinamo» (Moskva) - 1:3 (20:25, 17:25, 25:12, 19:25)