Şumaherin qəzaya düşməsinin səbəbi açıqlandı

Şumaherin qəzaya düşməsinin səbəbi açıqlandı



Fransada xizək sürərkən yıxılıb başından ciddi travma alan və uzun müddətdir ki, koma vəziyyətində olan alman avtopilot Mixail Şumaxerlə bağlı rəsmi araşdırmanın nəticəsi açıqlanıb. Məlum olub ki, Şumaxer havada 10,4 metr uçandan sonra başını qayaya çırpıb.
Araşdırmanı tamamlayan prokuror Patrik Quinci qəza zamanı heç kimin günahkar olmadığını və tədqiqatın bitdiyini deyib.
Məlumata görə, M.Şumaxer xizək üçün nəzərdə tutulan yoldan 4,5 metr kənara çıxıb və yeni yağan qarın altında qalan qayaları görməyib. Nəticədə qayalardan birinə çırpılaraq göydə uçub. Bir necə metr havada fırlanandan sonar idmançının başı ikinci dəfə qayaya çırpılıb.
"Başındakı şlemin üzərinə yerləşdiirlən kameranın onun xəsarətlərində heç bir rolu olmayıb. Kamera başın ön hissəsində olub, lakin onun başının sağ hissəsi zədə alıb. O, bədbəxt hadisə nəticəsində yaralanıb. İstirahət mərkəzinin əməkdaşlarının qəzada heç bir günahı yoxdur", -deyə məlumatda bildirilir.
Qeyd edək ki, "Formula-1” üzrə 7 qat dünya çempionu ötən ilin dekabr ayında qəzaya uğrayıb.