Qadın voleybolçular arasında CEV kubokunun 1/2 finalında "Azəryol”un ev oyununun vaxtı dəqiqləşib. Bakı təmsilçisi Türkiyənin "Fənərbağça” klubunu martın 1-də qəbul edəcək.
Voleybol Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Fənərbağça” - "Azəryol” görüşü fevralın 25-də təşkil olunacaq. Burhan Fələk Voleybol Salonunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Məlumat üçün bildirək ki, "Azəryol” klubu Polşanın "Bank Fakro” komandasını məğlub edərək yarımfinal mərhələsinə yüksəlmişdi.
İlk matçda 3:2 hesabı ilə məğlub olan Ancelo Vercesinin yetirmələri doğma meydan onlara bəslənilən ümidləri doğrultmuşdular.
"Bank Fakro”nu 3:0 hesabı ilə məğlub edən komandamız 1/2 finala yüksəlmişdi.