"Bu mövsüm cəmi 1 məğlubiyyətlə üzləşdik. "Vakıfbank”a qarşı keçiirdiyimiz oyunda qalib gələ bilmədik”. Bu sözləri Türkiyənin "Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü Hakan Dinçay deyib. CEV kuboku ilə bağlı fikirlərini açıqlayan Dinçay bildirib ki, 1/2 finalda, "Azəryol”la görüşdə yaxşı oyun nümayiş etdirəcəklər: "Komandamızı demək olar yeni qurduq. Baş məşqçi, məşqçilər korpusu dəyişdi. Buna görə də "Vakıfbank”a məğlub olduq. Amma ikinci dövrədə gücümüzü onlara göstərib, məğlubiyyətsiz oyunlar seriyasını qırdıq. Yarımfinaldakı rəqibimiz "Azəryol”u da keçəcəyik. Çünki komanda oyununu göstərdiyimiz zaman məğlub edə bilməyəcəyimiz rəqib yoxdur. Hədəfimiz ötən il finalında uduzduğumuz CEV kubokunu bu dəfə qazanmaqdır”.