"Rabitə” klubunun dominikalı voleybolçusu Brenda Kastillo Azərbaycandakı karyerası ilə bağlı maraqlı fikirlər söyləyib.
Ötən il "Rabitə”yə gələrək, əsas heyət üzvünə çevrilən voleybolçu komandada xoşbəxt olduğunu bildirib: "Burada əsasən Azərbaycan dilində və ingiliscə danışırlar. Mən ispan dilli olduğumdan ünsiyyətlə bağlı müəyyən çətinlik olur. Artıq buna da öyrəşmək üzrəyəm. Azərbaycan klublarında oynayan digər dominikalılarla tez-tez görüşürük. Onlarla bir ailə kimiyik. Ölkəmizlə müqayisədə bura bir qədər soyuqdur. Həmçinin, mətbəxlər də fərqlidir”. Ötən il "Rabitə” ilə Azərbaycan çempionu adına yiyələnən Brenda hədəflərinin yalnız Çempionlar Liqası kubokunu qazanmaq olduğunu deyib. Onun sözlərinə görə, yaxşı formada olmaları və doğma azarkeşlər önündə oynamaları kuboku qazanmaqda problem yaratmamalıdır: "Bu mövsüm üçün əsas hədəfimiz də bəllidir. Komandamız Çempionlar Liqasında qələbə qazanmaq istəyir. İndi nümayiş etdirdiyimiz oyun da arzumuza çatmağa imkan verir”.