Salyan komandası Astarada birinci olub

Salyan komandası Astarada birinci olub


Astara Olimpiya İdman Kompleksində Yeniyetmələrin IX Respublika Oyunları proqramına daxil olan voleybol üzrə 1999-2000-ci il təvəllüdlü oğlanlar arasında Respublika birinciliyinin zona yarışları keçirilib.
Dairəvi sistem üzrə üç yarımqrupda keçirilən və iki gün davam edən zona yarışlarında Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar və Hacıqabul rayon komandaları qalib adı uğrunda mübarizə aparıblar. Yarışlarda daha inamlı oyun nümayiş etdirən Salyan, Lənkəran və Cəlilabad rayonlarının komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.
Zona birinciliyində birinci və ikinci yerləri tutan komandalar respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.