Türkiyənin "Əczaçıbaşı” voleybol klubu Bakıda keçiriləcək Çempionlar Liqasının "dördlər finalı”nın hazırlığına başlayıb. Yarımfinalda həmyerliləri "Vakıfbank”la qarşılaşacaq komanda təlim-məşq toplanışına İstanbulda start verib. ”Əczaçıbaşı” artıq yoxlama matçında da qüvvəsini sınayıb. Onlar "Yeşilyurt”la görüşdən 4:0 (25:11, 25:20, 25:20, 25:17) hesablı qələbə ilə ayrılıblar. İtaliyalı baş məşqçi Lorenzo Mikelli oyunda, əsasən, ehtiyatda qalan voleybolçulara şans verib.
Qeyd edək ki, "dördlər finalı” martın 15-16-da keçiriləcək. Yarımfinal mərhələsinin digər cütündə isə "Rabitə” Kazan "Dinamo”su ilə qarşılaşacaq.