“Dördlər finalı” üçün yeniliklər

“Dördlər finalı” üçün yeniliklər

Qadın voleybolçular arasında Bakıda keçiriləcək "dördlər finalı”nın rəsmi saytı fəaliyyətə başlayıb. Voleybolsevərlər həlledici mərhələni f4volleybaku.com portalında izləyə biləcəklər. Azərbaycan və ingiliscə fəaliyyət göstərən saytda Azərbaycan, yarış və iştirakçılar barədə ətraflı məlumatlar yer alıb. Bununla yanaşı, turnirlə bağlı gündəlik xəbərlər də saytda əksini tapacaq.
Qeyd edək ki, "dördlər finalı” martın 15-16-da keçiriləcək. Yarışın birinci günü yarımfinalda "Rabitə” "Dinamo” (Rusiya, Kazan) ilə, "Vakıfbank” "Əczaçıbaşı” (hər iksi Türkiyə) ilə mübarizə aparacaq. Ertəsi gün isə qitənin ən güclü klubunun adı müəyyən ediləcək.