Avropa Voleybol Konfederasiyası CEV kubokunun 1/2 final mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlərin adını açıqlayıb. "Azəryol”un Bakıdakı Türkiyə "Fənərbağça”sı ilə qarşılaşmasında ədaləti İqor Porvaznik (Slovakiya) qoruyacaq.
Martın 1-də keçiriləcək oyunda ikinci hakim funksiyasını Tomas Murulo (Estoniya) yerinə yetirəcək. Voleybol Mərkəzində təşkil olunacaq oyun saat 17:00-da başlayacaq.