Taekvondoçularımız Olimpiya oyunlarına lisenziya turnirində iştirak edəcəklər
Azərbaycanın gənc taekvondoçuları dünya çempionatında və Olimpiya oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcəklər.
Martın 20-dən 26-dək Tayvanda gənclər arasında taekvondo üzrə X dünya çemionatı və 2014-cü ildə Çin Xalq Respublikasının Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələr arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri keçiriləcəkdir.
Azərbaycan Taekvondo Fedearasiyası yarışda iştirak edəcək heyəti artıq müəyyənləşdirib. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və yığma komanın böyük məşqçisi Zahid Məmmədovdur. Heyətə müxtəlif çəki dərəcələrində kişi və qadın idmançıların daxil edilib.
Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində Məhəmməd Məmmədov (55 kq), Zəlimxan Rəşidov (63 kq), Səid Quliyev (73 kq), Ceren Özbek (44 kq), Safiye Polat (49 kq) və Gülhanım Yeşildal (55 kq) mübarizə aparacaqlar.
Milli komandamız ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi altında martın 13-də Tayvana yola düşəcək.