Atıcımız Avropa çempionatında ilk 10-luğa daxil olub

Atıcımız Avropa çempionatında ilk 10-luğa daxil olub


Rusiyanın paytaxtında pnevmatik silahdan güllə atıcılığı üzrə Avropa çempionatı davam edir.
Tapançadan atıcılıq üzrə kişilər arasında yarışda azərbaycanlı idmançı Ruslan Lunayev kvalifikasiyada 579 xal toplayaraq, 9-cu yerlə kifayətlənməli olub.
Rəsul Məmmədov 576 xalla 53 nəfər iştirakçı arasında 15-ci mövqedədir.